Türkiyə son günlər onlardan danışır

Türkiyə son günlər onlardan danışır
11:27

Türkiyənin ən zəngin ailələrindən biri olan Sabancıların böyük oğlu Hacı Sabancı ilə bağlı bəzi iddialar irəli sürülüb.

News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun Fatma adlı bir qadından Uzay adlı oğlunun olduğu bildirilib.

Belə ki, iş adamı ilə bir müddət münasibətdə olan Fatma D. 4 yaşlı oğlu Uzayın atasının H.Sabancı olduğunu iddia edərək məhkəməyə müraciət edib.

DNT analizi nəticəsində uşağın atasının Hacı Sabancı olduğu 99,99 faiz dəqiqliklə təsdiqlənib.

Bu iddialardan sonra iş adamı həyat yoldaşı Nazlı və qızı ilə fotosunu paylaşıb.

Lakin onun anası Arzu Sabancının paylaşımı daha çox diqqət çəkib: “Bu gün mənim nənə olmağımın ildönümüdür, çox şükür, min şükür”. 

Onun paylaşımı tez bir zamanda sosial mediada müzakirə mövzusuna çevrildiyindən silib.

Özü kimi iş adamı olan qardaşı Hakan Sabancı isə səssiz qalıb və bütün fotolarına şərhləri bağlayıb.

Bütün bu proseslərdən sonra isə Hacı Sabancı ilk açıqlamasını verib: “Məhkəmə davam edir. Vəkillərimin bu prosesdən xəbəri var. Onsuz da məni bu məsələlər maraqlandırmır, danışmıram”.

Qeyd edək ki, Hacı və Nazlı Sabancılar 2021-ci ildə evlənib. Onların Arzu Alara adlı bir qızı var.