Türkiyədə onlarla rusiyalı turist +40°C-də çöldə gəzdiyi üçün günəşə qarşı allergiya diqanozu ilə xəstəxanalara yerləşdirilib. Bu barədə SHOT Telegram kanalı zərərçəkənlərə istinadən məlumat yayıb.
"Side, Kəmər və Antalyadakı kurortlarda dincələn ruslar barədə xəbərlər gəlir. Hazırda Türkiyədə temperatur +35°C ilə +40°C arasındadır ki, bu da günəş allergiyasına meyilli olanlarda şiddətli qaşınma və qızartı, həmçinin bədəndə ləkələr, sızanaqlar, başgicəllənmə və halsızlığa səbəb ola bilər", - paylaşımda yazılıb.
Müntəzəm səyahət sığortasının bu cür xəstəliyi əhatə etmədiyi vurğulanır. Buna görə də günəş şüalarından təsirlənmiş ruslar öz müalicələrini özləri ödəməyə məcbur olurlar. Günəş allergiyası diaqnozu ilə müalicənin orta qiyməti təxminən 120 dollardır.
Tural