Mən inanıram ki Türk dövlətlərinin, bu birliyimizin böyük qələbələri olacaq."
Təhlilçi Rüfət Quliyev bunu News365.az-a açıqlamasında bildirib.
"2020-ci ildə möhtərəm cənab Prezident Milli Məclisdə çıxışından öncə də sonra da dəfələrlə qeyd edib ki, bizim bir amalımız, güclü siyasətimiz odur ki Türk dövlətləri ailəsi olsun. Və biz gələcəyimizi bu dövlətlərlərin ittifaqında görürük. Azərbaycanın yolu budur. Türk dövlətlərinin daha da sıx görüşmələri, birgə layihələr onu göstərir ki, bu təşkilatın aydan-aya nüfuzu artır. Bizim üçün bu çox vacibdir. Çünki, yeni bəşəriyyət üçün, yeni bir ittifaq, birləşmə görünür. Bu da türk dövlətləri birliyidir. Türk dövlətləri birgə işlər görürlər, qərarlar verirlər. Mən inanıram ki, bu birliyin böyük qələbələri olacaq."-deyə vurğulayıb.
Vəfa Vəliyeva, News365.az