"Böyük qaçqın kütləsi ilə üz-üzə qala bilərik" - Arzu Nağıyev

"Böyük qaçqın kütləsi ilə üz-üzə qala bilərik" - Arzu Nağıyev
03 Okt 2024 13:17

İranla İsrail arasındakı qarşıdurma davam edir.  Bəs bu qarşıdurma bölgəyə nə vəd edir? 

Mövzu ilə bağlı News365.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Azərbaycan böyük qaçqın köçü ilə üz-üzə qala bilər:

“Sərhədlərimizdən çox uzaqda olmayan ərazilərdə müharibələrin olması, hətta nüvə təhdidi, ballistik və uzaq vuran raketlərin istifadəsi birbaşa olmasa belə, təhlükəsizliyə təhdid yaradan dolayı vasitələrdir. Buna görə də hava məkanlarının bağlanması yaxın şərqə də təsir edir.   Livanın, İranın, İsrailin üzərindən təyyarələrin hava məkanından kənar olaraq getməsi,  yaxın hava limanı olaraq Bakının seçilməsi və Bakı hava limanının yüklənməsi bu proseslərə dolayı yolla təsir edən amillərdir. Eyni zamanda İsrail İranı vursa oradan köçlər başlayacaq. Ən yaxın yer də  Azərbaycan, Ermənistan, Türkiyədir. Biz bu proseslərdə qaçqın kütləsi ilə üz-üzə gələ bilərik. Hərbi baxımdan Azərbaycan öz hava məkanını qoruyur. Sərhədə yaxın ərazilərdə belə münaqişələr, müharibələr gedəndə dolayı yolla sərhədyanı dövlətlərə də təsirini göstərir”-deyə deputat bildirib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər