“Hərdən mən
qəzəblənirəm ki, Azərbaycan və Ermənistan
sülh və əmin-amanlıq şəraitində niyə yaşamamalıdır ki?! Axı. ölkələr və xalqlar bir-birindən qaça bilməz.
Ona görə də mən dinc yanaşı yaşamanın və yeri gəlmişkən mövcud olmuş mehriban qonşuluq əlaqələrinin qurulmasının tərəfdarıyam.
Sülh naminə keçmiş problemlər unudulmalı və münasibətlər yaxşılaşdırılmalıdır.
Qərbin Cənubi Qafqazda nə istədiyi göz qabağındadır. Məncə, məqsəd sadədir, o,
öz bazasını Rusiyada deyil, Ermənistanda yerləşdirmək istəyir. Bu, qərblilər
üçün böyük hədiyyə olardı. Axı, Cənubi Qafqaz onlar üçün çox vacib yerdir. Qərb
yalnız o zaman özünə qala yaradar və bundan sonra Cənubi Qafqaza nəzarət edə
bilər. Bu təkcə nəzarətlə bitməyəcək”.
News365.az xəbər verir ki, bunu ictimai xadim,
rejissor Karen Şahnazarov Rusiya mətbuatına
müsahibəsində deyib. O bildirib ki, Qərb
bu bölgədəki dövlətlərin boğazında sümük olmaq istəyir:
“Qərbin səsləndirdiyi
bütün digər səbəblər sadəcə lirizmdir. Guya onalar erməni xalqına arxa durmaq
istəyirlər. Bu sadəcə görüntü üçündür. Amma Qərbin hədəfi Xəzər regionuna asan
nəzarəti təmin etməkdir. Onlar bölgə ölkələrini
itaətə gətirməyi hədəfləyir. Ermənistanda hərbi baza İran, Azərbaycan, Rusiya və
hətta Türkiyə üçün təhlükəyə çevriləcək. Baxmayaraq ki, Türkiyə NATO ölkəsidir, amma Qərbin
yeni bazası ona problem yaradacaq. Qərbdə isə Türkiyəyə inanmırlar və bəyənmirlər.
İlk növbədə Qərbin istəkləri bu ölkələrə yönəlib. Sonrakı hədəfsə Rusiyadır. Əgər
onlar Ermənistanda baza qura bilsələr, bununla da faktiki olaraq Rusiya Federasiyasını
Cənubi Qafqazdan sıxışdırıb çıxaracaqlar. Vəziyyət region ölkələri üçün təhlükəlidir.
Ermənistanın özü üçün də Qərblə bu qədər yaxınlaşma yaxşı heç nə vəd eləmir. Nə
yazıq ki. İrəvanın bundan nəsə qazanacağına dair bəzi illüziyalar var. Düşünürəm
ki, Ermənistan bu məsələdə ancaq məğlub olacaq”.
News365.az