Türk dövlətləri və Baltikyanı ölkələr arasında əməkdaşlıq imkanları müzakirə olundu

Türk dövlətləri və Baltikyanı ölkələr arasında əməkdaşlıq imkanları müzakirə olundu
17:20

2026- cı il fevralın 27-də Litva Respublikasının payraxtı Vilnüs şəhərində “Türk dövlətləri və Baltikyanı dövlətlər arasında Regional əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş konfrans keçirilib.

News365.az xəbər verir ki, Azərbaycan və Türkiyə Respublikalarının Litvadakı Fövqəladə və Səlahiyyətli səfirləri cənab Tamerlan Qarayevin və xanım Əsra Toplunun təçəbbüsü ilə baş tutmuş konfrans Geosiyasət və Təhlükəsizlik Tədqiqatları Mərkəzində keçirilib.

Konfransda Litva Respublikasının diplomatları, xarici ölkələrin Litva Respublikasında fəaliyyət göstərən səfirləri, Baltik ölkələri Beyin mərkəzlərinin təmsilçiləri, tədqiqatçılar və siyasi analitiklər iştirak ediblər. Konfransda Milli Məclisin üzvü Cavanşir Feyziyev, TÜRKPA Baş katibi Ramil Həsən, TDT Baş katibinin müavini Ömər Kocaman və Litva Respublikası Xarici İşlər nazirinin müavini T. Valis məruzə ilə çıxışlar ediblər.

Millət vəkili Cavanşir Feyziyev TDT- nin regional və qlobal siyasət arenasında rolu, Azərbaycanın TDT tərkibində geniş spektrli fəliyyəti haqqında danışıb. Azərbaycanın geo-strateji mövqeyi, Avropa Birliyi ilə qarşılıqlı əlaqələri, enerji və tranzit- nəqliyyat siyasəti haqqında məlumat verən millət vəkili Cavanşir Feyziyev TDT- nin təşəkkül prosesində Azərbaycanın aparıcı rolunu vurğulayaraq ölkəmizin Qərblə Şərq və eləcə də Şimal və Cənub arasında birləşdirici körpü rolu oynadığını diqqətə çatdırıb. Deputat Avropa Birliyi ilə TDT arasında əməkdaşlıq potensialı və bu əməkdaşlığın əhəmiyyəti haqqında öz mülahizələrini səsləndirib və Baltik ölkələrinin hökümətlərini TDT üzvü olan ölkələrlə sıx əməkdaşlığa çağırıb.

Məruzələr dinlənildikdən sonra Konfrans Sual-Cavab formatında davam etdirilib. Məruzəçilər auditoriyanın suallarını cavablandırıblar.


Sizin reklam burada
Sizin reklam burada