ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranın danışıqlarda çətin tərəf olduğunu bildirib.
News365.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Mən İranın nüvə silahına sahib olmaması faktı ilə bağlı Prezident Donald Trampla 100 faiz razıyam. Son bir neçə gündə apardığımız danışıqlarda gördüm ki, onlar müzakirələrdə çətin tərəfdaşlardır. Lakin onlar mahiyyət etibarilə elə insanlardır ki, nüvə silahına sahib olmaları bütün dünya üçün dəhşətli nəticələrə səbəb ola bilər", - Vens bildirib.
Cey. Di. Vens qeyd edib ki, İranın nüvə silahına sahib olması ağır fəsadlara gətirib çıxara bilər.
"Əgər onlar hazırda bütün dünyaya qarşı iqtisadi terrorçuluqla məşğul olmaqda istəklidirlərsə, Tehranın nüvə bombasına sahib olmasına nə demək olar? Bu halda hansı rıçaqlara sahib olarlar? Bu, nə bizim üçün, nə də başqası üçün qəbulolunmaz bir nəticədir. Ona görə də mən prezidentin buradakı məqsədlərini 100 faiz dəstəkləyirəm: yəni İranın nüvə silahına sahib olmasının qarşısını almaq və müharibənin ən qorxulu silahlarını iranlıların əlindən uzaq tutmaq!" - deyə ABŞ vitse-prezidenti fikirlərini yekunlaşdırıb.