"Trampın planına uyğun ateşkəs İsrailin hərəkətləri ilə sınağa çəkilir"- Politoloqdan şərh

"Trampın planına uyğun ateşkəs İsrailin hərəkətləri ilə sınağa çəkilir"- Politoloqdan şərh
14:07
"Trampın planına uyğun ateşkəs İsrailin hərəkətləri ilə sınağa çəkilir".

Politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib ki, hazırda Qəzza bölgəsində qüvvədə olan ateşkəs ABŞ Prezidenti Donald Trampın planına uyğun həyata keçirilir. Trampın açıqlamalarında qeyd olunub ki, ateşkəs heç bir hadisədən təsirlənmədən qorunmalıdır və o, öz planının icrasına israrlıdır.

Əlimusa İbrahimov qeyd edib ki, ateşkəsin pozulmasına gəldikdə, əvvəldən İsrail bu planı qəbul etməkdə çətinlik çəkib. Mütəxəssislər iddia edirlər ki, Tramp bu planı İsrail Baş naziri Netanyahuya zorla və təzyiq vasitəsilə qəbul etdirib.

Politoloq vurğulayıb ki, son hadisələr göstərir ki, İsrail hər fürsətdən istifadə edərək ateşkəsi pozmağa və raket hücumlarını yenidən başlatmağa maraqlıdır. Son insident də bu kontekstdə baş verib: İsrail tərəfi Həmmas üzvlərinin atəş açması və yaralanmaların baş verməsi bəhanəsi ilə ateşkəsi pozduğunu və Baş naziri Netanyahuya yenidən sərbəst raket hücumlarına əmri verdiyini bildirib.

Əlimusa İbrahimov əlavə edib ki, bəziləri Həmmasın bölgədə qalan resursların verilməsini gecikdirdiyini iddia edir və bunun nəticəsində ateşkəs pozulub. İsrail isə bunu Həmmasın planının pozulması və ateşkəsə riayət etməməsi kimi qiymətləndirir.

Sizin reklam burada
Sizin reklam burada