Panama ABŞ-nin sanksiyalarına görə 100-dən çox gəminin qeydiyyatını ləğv edir. Bu barədə Bloomberg Panama Dəniz Ticarət Təşkilatının rəhbəri Ramon Frankoya istinadən xəbər yayıb.
Onun sözlərinə görə, artıq ən azı 70 tankerlə bağlı belə tədbirlər görülüb.
O, Panama reyestrinin dünyanın ən böyük reyestrlərindən biri olduğunu, 8000-dən çox Panama bayrağı altında üzən gəmilərin olduğunu qeyd etdi.
Bundan əvvəl NBC telekanalı məlumat yaymışdı ki, ABŞ Çinin Panama kanalı üzərində təsirini azaltmaq üçün Panamada hərbi mövcudluğunu artıra bilər.
Məlumata görə, Pentaqon Panama ordusu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsindən tutmuş kanalın tam ələ keçirilməsinə qədər müxtəlif variantları nəzərdən keçirir. Üstəlik, güc tətbiqinin yalnız Panama rəhbərliyi əməkdaşlıqdan imtina etdikdə mümkün olacağı bildirilir.
Tural