Trampın keçmiş müşaviri Kiyevin əməliyyatını geosiyasi təhqir adlandırdı

Trampın keçmiş müşaviri Kiyevin əməliyyatını geosiyasi təhqir adlandırdı
02 İyn 2025 10:35

Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına hücumları qlobal sabitlik üçün risklər yaradır. Bunu ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri, general Maykl Flinn "X" sosial şəbəkəsində yazıb.


"Əməliyyata dair prezidentimizlə məsləhətləşmələrin olmaması faktı təsdiqlənərsə, bu, geosiyasi təhqir sayılacaq", - Flinn qeyd edib.


O vurğulayıb ki, Vaşinqtonla koordinasiya olmadan əməliyyatların aparılması ABŞ-ni Kiyevin hərəkətlərinə “şərik” edir. Keçmiş müşavir dünya liderlərini bu cür əməliyyatların nəticələrini qiymətləndirməyə çağırıb.

Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.


Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada