ABŞ prezidenti Donald Tramp özünü Roma Papasına oxşadıb. O Papanın geyimində olan fotosunu “Truth” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Çox güman ki, ABŞ lideri süni intellektdən istifadə etməklə belə bir maraqlı foto hazırlayıb. Görüntüdə Trampın Papa paltarında qızılı stulda oturması əks olunub. Tramp fotonun altında heç bir şərh yazmayıb.
Xatırladaq ki, aprelin ayının sonunda Tramp zarafatla yeni Papa olmağa hazır olduğunu bildirmişdi.“Mən Roma Papası özüm olmaq istərdim. Bu, mənim ilk seçimim olardı. Amma bizim Nyu Yorkdan çox yaxşı bir kardinalımız var”, - deyə o gülümsəyərək bildirib.
Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də 89 yaşında vəfat edib.
Tural