ABŞ prezidenti Donald Tramp bir daha Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana heyran olduğunu bildirib.
News365.az xəbər verir ki, ABŞ prezidenti bununla bağlı deyib: "Prezident Ərdoğan müstəsna insandır. Çox güclü insandır. HƏMAS da ona böyük hörmət bəsləyir".
Tramp Fələstinin HƏMAS təşkilatına israilli girovları azad etmək üçün təzyiq göstərməkdə Türkiyə liderinin mühüm rolunu qeyd edib.
ABŞ prezidenti Ərdoğanın bu məsələdə “çox böyük” rol oynadığını vurğulayıb.