Tramp andiçmə zamanı hansı yalanları danışıb?

Tramp andiçmə zamanı hansı yalanları danışıb?
10:45

ABŞ-ın yeni prezidenti Donald Tramp inauqurasiya günü 20-dən çox yalan iddia irəli sürüb. Bu barədə CNN yazıb.

Məqalədə deyilir: “Tramp bazar ertəsi ABŞ-nin Kapitoli Ziyarətçilər Mərkəzindəki Emansipasiya zalına toplaşan tərəfdarları qarşısında hazırlıqsız ikinci çıxışı oldu. O, seçki, immiqrasiya və 6 yanvar 2021-ci il Kapitolidəki məşhur iğtişaşlar ilə bağlı yalan iddialar irəli sürdü”.

Telekanalın məlumatına görə, ABŞ lideri Vaşinqtonda “Capital One Arena”dakı üçüncü çıxışında, eləcə də Oval kabinetdə fərmanların imzalanması zamanı jurnalistlərlə söhbətində başqa yalan ifadələr də səsləndirib.

Bundan əlavə, məqalə müəllifinin fikrincə, Tramp Çinin Panama kanalına nəzarət etməsi, eləcə də İspaniyanın BRİKS-in üzvü olması barədə yalan danışıb.

Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədən sonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir.

Dünən isə ABŞ-nin 47-ci prezidenti and içərək vəzifəsinin icrasına başlayıb. Mərasim təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu olan Rotundada 40 ildən sonra ilk dəfə baş tutub. Respublikaçı siyasətçi Konstitusiyaya və iki İncil kitabına əlini qoyaraq andı içib.

Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-ın 45-ci və 47-ci prezidentidir.

Tural