ABŞ prezidenti Donald Tramp diqqət çəkən açıqlamalar verib. Xarici KİV-in yaydığı məlumata görə, o, deyib ki, Avropa İttifaqı və Kanada ABŞ-yə qarşı əməkdaşlığa görə yeni tariflərlə üzləşəcəklər.
"Əgər Avropa İttifaqı Birləşmiş Ştatlara iqtisadi ziyan vurmaq üçün Kanada ilə əməkdaşlıq etmək qərarına gəlsə, o zaman cavab olaraq mən onlara böyük tariflər tətbiq edəcəyəm. Bu, hazırda planlaşdırılandan da qat-qat sərt olacaq", - Amerika lideri bildirib.
O qeyd edib ki, ABŞ Avropa İttifaqı və Kanadanın “ən yaxşı dostu”dur və buna görə də onların müdafiəsi onların maraqlarına uyğundur.
Xatırladaq ki, martın 4-də ABŞ prezident administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq edib. Həmçinin Çindən gələn mallara rüsumlar 10%-dən 20%-ə qaldırılıb. Martın 12-dən ABŞ-yə alüminium və polad idxalına 25% rüsum tətbiq edilib ki, bu da xüsusilə Böyük Britaniya, Avropa İttifaqı, Kanada və Meksikadan tədarüklərə təsir edib.
Martın 27-də isə Tramp ölkədən kənarda istehsal edilən avtomobillərə 25% rüsum tətbiq etdiyini açıqlayıb.
Tural