Aparıcı Elgiz Əkbər Arb televiziyasında yayımlanan
"Elgizlə izlə" verilişində açıqlaması ilə diqqət çəkib.
News365.az xəbər verir ki, Elgiz Əkbər
bu sözləri deyib:
"Hər
bir aparıcı özündən sonra yeni simalar yetişdirməlidir. Çünki bizi də aparıcı
kimi yetişdiriblər. Bizim də borcumuz odur ki, əlimizdə olan şəraitdən istifadə
edib, yeni simalar yetişdirib, xalqa təqdim edək. Hazırda Azərbaycan teleməkanında
fəaliyyət göstərən aparıcılara allah ömür versin. Mən çox təəssüf edirəm ki,
biz hara gediriksə, aparıcılardan söhbət düşəndə insanlar üç-dörd aparıcının
adını çəkirlər. Sanki bu ölkədə üç-dörd aparıcıdan başqası yoxdur, mənim, Xoşqədəm
Baxşəliyev və Zaur Baxşəliyevin... Azərbaycan televiziyası dörd-beş aparıcıdan
ibarət deyil. Ona görə yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik.
Bizdən sonra meydan onların olsun. Mən üç-dörd aparıcı yetişdirmək istəyirəm".
Youtube kanalımız