Goranboy rayonunun Kəpənəkçi kəndində toydan çıxan gənc damarlarını kəsib.
Mətbuatda yayılan məlumata görə, toydan çıxaraq evinə gedən 2007-ci il təvəllüdlü Hüseyn Əsgərov bu addımı içkinin təsiri altında atıb.
O, yaxınları tərəfindən xəstəxanalardan birinə çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta ağırdır.
18 yaşlı gəncin hansı səbəbdən damarlarını kəsdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.