Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy mərasimlərinin keçirildiyi zalda baş verən yanğın nəticəsində azı 22 nəfər həlak olub.
Newz365.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, yanğın cümə günü gecə şəhərin Linqvala rayonunda başlayıb və şənbə günü səhər saatlarınadək davam edib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Linqvala rayonunun meri Norbert Muşinqa ölənlərin sayının arta biləcəyini istisna etməyib.
Hadisənin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.