Tovuzda PARTLAYIŞ: Bir ailənin 4 üzvü xəsarət aldı

Tovuzda PARTLAYIŞ: Bir ailənin 4 üzvü xəsarət aldı
09:40

Tovuz rayonunda yaşayış evində partlayış olub.

News365.az-ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Zeyhun Cəfərova məxsus 4 otaqlı evdə qaz sızmasından qəfil partlayış olub.

Hadisə nəticəsində ev sahibi və onun ailə üzvləri - 1997-cü il təvəllüdlü Turxan Cəfərzadə, 2005-ci il təvəllüdlü Turanə Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada