Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərləndi

Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərləndi
17:11

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Rayon sakinləri 1986-cı il təvəllüdlü R.Əhmədli, 1989-cu il təvəllüdlü V.Əhmədli, ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
 

Məlumata görə, onlar yaşadıqları evdə pendir yedikdən sonra zəhərləniblər. Hadisə yerinə AQTA əməkdaşları cəlb ediliblər.


Faktla bağlı araşdırma aparılır. 


Sizin reklam burada
Sizin reklam burada