2006-cı ildə “Coca-Cola” şirkətinin bəzi əməkdaşları məxfi sənədləri rəqib şirkətə satmağa cəhd ediblər.
News365.az xəbər verir ki, onlar gizli məlumatların müqabilində “Pepsi” şirkətindən 1,5 milyon dollar tələb ediblər.
Lakin “Pepsi” bu təklifi qəbul etməyib. Əksinə, məsələ ilə bağlı məlumatı “Coca-Cola” rəhbərliyi ilə bölüşərək hüquq-mühafizə orqanlarına xəbər verib.
Nəticədə kommersiya sirrini satmağa cəhd edən şəxslər saxlanılıb və məsələ məhkəməyə çıxarılıb və həbs edilib.