“The New York Times” "Resurs razılaşması"nın mühüm detalını yaydı

“The New York Times” "Resurs razılaşması"nın mühüm detalını yaydı
01 May 2025 09:25

ABŞ-Ukrayna resurs razılaşması özündə Kiyev üçün təhlükəsizlik zəmanətlərini ehtiva etmir. Bu barədə Amerikanın “The New York Times” qəzeti yazıb. Nəşr mənbələrinə istinad edib.


"Danışıqlar prosesi ilə yaxından tanış olan, anonimlik şərti ilə açıqlama verən bir şəxs yekun razılaşmada ABŞ-nin gələcək təhlükəsizlik yardımına dair açıq təminatlarının olmadığını bildirib. Digər mənbəmiz isə ABŞ-nin hətta prosesin əvvəlində bu ideyadan imtina etdiyini söyləyib", - nəşr yazır.


“The New York Times” jurnalistinin fikrincə, Ukrayna və Rusiya arasında düşmənçilik davam edərsə, razılaşmanın elə bir mənası da qalmayacaq.

Xatırladaq ki, bundan əvvəl Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko Kiyevin Vaşinqtonla mineral ehtiyatlara dair saziş imzaladığını təsdiqləmişdi. O qeyd edib ki, resurslara tam sahiblik və nəzarət Ukraynada qalsa da, investisiya fondu bərabər əsaslarla idarə olunacaq.

Tural


Sizin reklam burada
Sizin reklam burada