Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxs saxlanılıb

Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxs saxlanılıb
10:57

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb.

News365.az-ın məlumatına görə, saxlanılan şəxsdən 2 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Nəbiyev barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada