Yaponiyada 50 ildən çoxdur okean altında kənd təsərrüfatı ilə məşğuldur.
News365.az xəbər verir ki, Yaponiya dəniz təsərrüfatını inkişaf etdirərək okeanın altında dəniz yosunu yetişdirir.
Təxminən 300 kvadratmetrlik sahələrdə “seaweed” kimi tanınan yosunlar xüsusi sistemlərlə əkilir və becərilir.
Bu proses zamanı tora bənzər ipli konstruksiyalar suyun altına yerləşdirilir və yosunlar həmin xətlər üzərində inkişaf edir. Yığım mərhələsində isə xüsusi vakum texnologiyası vasitəsilə məhsul sudan çıxarılır.
Mütəxəssislər bildirirlər ki, bu üsul həm ekoloji cəhətdən daha təmizdir, həm də dəniz resurslarından səmərəli istifadə imkanı yaradır. Yaponiyanın dəniz yosunu istehsalı qida sənayesində və ixracda mühüm yer tutur.