Dünyanın ən yüngül qatı maddəsi hesab olunan “Graphene Aerogel” materialın 1 qramının qiyməti təxminən 300 dollar təşkil edir.
News365.az xəbər verir ki. “Graphene Aerogel” polimerin həlledici ilə birləşdirilərək gel əmələ gətirilməsi, daha sonra isə geldəki mayenin çıxarılıb qazla əvəz edilməsi yolu ilə hazırlanır.
Nəticədə maddənin təxminən 99,8%-i havadan ibarət olur.
Yüksək soruculuq xüsusiyyətinə malik olan bu material neft sızmaları kimi ətraf mühiti çirkləndirən maddələrin təmizlənməsində istifadə olunur.