Şəmkirdə avtomobil qadını vuraraq öldürüb

Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
07 Mar 2026 23:42

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada