“İrandakı ən böyük güc cənubi azərbaycanlılardır. Artıq zamanı çatıb biz öz dövlətimizi qurmalıyıq”.
Bu sözləri News365.az-ın qonağı olan tanınmış ozan Araz Elsəs deyib. Sənətçi
bildirib ki, cənubi azərbaycanlılar birlik yaradıb bərabər ola bisələr bütün
istəklərinə çata bilərlər:
“Hazırki, vəziyyətdə biz: cənubi azərbaycanlılar, maksimum nəticə əldə etməliyik.
Aza qane olmaq lazım deyil. Bəzi dostlarımız deyir ki, dilimiz rəsmi dil kimi
tanınsın bu bizə yetər. Mən bununla razı deyiləm. Hazırda bizim üçün tarixi
şans yaranıb. Biz ondan yüksək səviyyədə yararlanmalıyıq. 47 ildir biz dilimiz
uğrunda mübarizə apardıq. Qapı-qapı diləndik, lakin özümüzə bir məktəb açdıra
bilmədik. Belə tələblərin zamanı bitdi artıq. Bu gün bizim orda ən azı dövlətimiz olmalıdır. Bunun uğrunda mübarizə
aparmaq lazımdır. Biz artıq İrandan ayrılmalıyıq”.