İran boş təhdidlərinizdən qorxmur! - Laricani

İran boş təhdidlərinizdən qorxmur! - Laricani
17:02

Aşuradan ilhamlanan İran xalqı sizin boş təhdidlərinizdən qorxmur.

News365.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün X səhifəsində ABŞ Prezidenti Donald Trampa cavab olaraq yazıb.

“Çünki sizdən güclü olanlar İran xalqını məhv edə bilməyiblər. Ona görə də diqqətli olun ki, yoxa çıxan siz ola bilərsiniz!”, - Laricani bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp öz səhifəsində Hörmüz boğazı bağlanacağı təqdirdə İrana 20 dəfə daha güclü zərbə vuracağı ilə bağlı xəbərdarlıq edib.


Sizin reklam burada
Sizin reklam burada