Milli Məclisin deputatları Qazaxıstanda referendumu müşahidə edəcəklər

Milli Məclisin deputatları Qazaxıstanda referendumu müşahidə edəcəklər
16:13

Milli Məclisin bir qrup deputatı Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı martın 15-də keçiriləcək ümumxalq referendumunda Almatı və Astana şəhərlərində səsvermənin gedişini müşahidə edəcəklər.

News365.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, deputatlar Bəxtiyar Əliyev (MDB Parlamentlərarası Assambleyası), Fariz İsmayılzadə (MDB İcraiyyə komitəsi), Məlahət İbrahimqızı (Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astanada, deputat Tamam Cəfərova isə TÜRKPA xətti ilə Almatıda seçki prosesini izləyəcəklər.


Sizin reklam burada
Sizin reklam burada