Rza Pəhləvi İranda hakimiyyətə gələ bilərmi?

Rza Pəhləvi İranda hakimiyyətə gələ bilərmi?
17:58

İranın dini lideri Əli Xameneinin öldürülməsinə baxmayaraq, ABŞ və İsrail hərbi əməliyyatları dayandırmır. Belə görsənir ki, rejim dəyişənə qədər bu əməliyyatlar davam edəcək. Əgər İranda rejim dəyişsə, Rza Pəhləvi hakimiyyətə gələ bilərmi?


Ne
ws365.az-ın qonağı olan cənubi azərbaycanlı ozan  Araz Elsəs bu sualı cavablandırıb:

“Qərb İran hakimiyyətinə qarşı zəif yaxud güclü demədən əlindəki bütün kartlardan istifadə edir. Əslində ağıllı bir hərəkətdir. Əldə olan hər şeydən istifadə etmək lazımdır. Lakin qərb yaxşı bilir ki, Pəhləvinin İrana rəhbər kimi gəlməyi mümkün deyil. Əgər o, İrana gələrsə mühakimə edilməlidir. Çünki şah rejimi də keçmiş də çox cinayət törədib. Bu cinayətlər təkcə azərbaycanlılara qarşı yox, İranda yaşayan bütün millətlərə qarşı törədilib. Rza-nın atasının İrandan qovulmasının səbəbi də elə o cinayətlərdir. Təkcə azərbaycanlılara qarşı etdikləri cinayətləri saysaq. Pişəvəri hərakatından sonra 50-60 min soydaşımız öldürülüb. Bu soyqırımıdır. Oxşar şeyləri kürdlərə, ərəblərə, bəluclar da ediblər. İran xalqı onları bağışlamaz və Pəhləvilərin yenidən hakimiyyətə gəlməsinə razı olmaz”.


Sizin reklam burada
Sizin reklam burada