Çinli alimlər pomidorların dad və ətirini artırmaq üçün gen redaktəsi texnologiyasından istifadə edərək yeni pomidor növü hazırlayıblar.
News365.az xəbər verir ki, tədqiqat nəticəsində “popkorn aromalı” pomidorların yetişdirildiyi bildirilib.
Məlumata görə, son illərdə marketlərdə satılan pomidorların dadsızlaşmasının əsas səbəbi onların uzun müddət saxlanması və daşınma şəraitidir.
Alimlər isə CRISPR/Cas9 gen redaktə texnologiyasından istifadə edərək pomidor bitkisində iki əsas geni dəyişdiriblər.
Araşdırma zamanı betain aldehid dehidrogenaza 2 (BADH2) adlı genin fəaliyyəti dayandırılıb.
Alimlər hesab edirlər ki, bu üsul gələcəkdə daha dadlı kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan yarada bilər.