İstanbulda yerləşən Kuyumcukent Ticarət Mərkəzində silahlı qarət hadisəsi baş verib.
News365.az xəbər verir ki, 7 silahlı şəxs ticarət mərkəzinin qapalı avtodayanacağına daxil olub.
Onlar 20 milyon lirəni götürərək hadisə yerindən qaçıblar.
Qarət anı təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.