ABŞ bu gün İrana ən intensiv zərbələr endirəcək.
News365.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset mətbuat konfransında bildirib.
"47 ildir ki, İran rejiminin bu barbarları silahdaşlarımızı - mənim, sizin, bizim oğlanlarımızı qətlə yetirirlər", - Heqset bildirib.
Nazir qeyd edib ki, dəqiq kəşfiyyat məlumatları əsasında daha çox qırıcı və bombardmançı ilə İrana ən intensiv zərbələr endiriləcək.