Ülviyyə Axundovaya yüksək vəzifə VERİLDİ

Ülviyyə Axundovaya yüksək vəzifə VERİLDİ
16:51

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.

Bununla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

O, 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.

Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Gənclər siyasəti və gənclərlə iş" sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

O, gənclərin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənclərin ictimai iştirakçılığı və beynəlxalq əməkdaşlıq sahələrində bir sıra milli və beynəlxalq təşəbbüslərin təşkilində fəal iştirak edib.

2015-2023-cü illərdə isə müxtəlif gənclər və vətəndaş cəmiyyəti təşkilatlarında aktiv ictimai fəaliyyət göstərərək bir sıra layihə və proqramlara rəhbərlik edib.


Sizin reklam burada
Sizin reklam burada