ABŞ-nin Kaliforniya Universitetinin (UC Berkeley) alimləri maraqlı araşdırma nəticəsi açıqlayıb.
News365.az xəbər verir ki, tədqiqat qrupu Aleksey Maro və Robert Dadlinin rəhbərliyi ilə şimpanzelərdən götürülən sidik nümunələrini analiz edib.
Araşdırma nəticəsində məlum olub ki, şimpanzelər demək olar hər gün alkoqol qəbul edir.
Bu heyvanlar vəhşi təbiətdə tərkibində təbii şəkildə spirt olan meyvələrlə qidalanır.
Alimlərin hesablamalarına görə, bir şimpanze gün ərzində təxminən 14 qram alkoqol qəbul edir. Bu miqdar təxminən bir bakal pivədə olan alkoqol səviyyəsinə yaxındır.
Tədqiqatçılar hesab edirlər ki, insanların alkoqola meyl göstərməsi meyvə ilə qidalanan ortaq əcdadlardan miras qalan təkamül xüsusiyyəti ola bilər.