Avropada yaşayan tanınmış cənubi azərbaycanlı ozan Araz Elsəs
News365.az-ın qonağı olub.
Tanınmış sənətçi
İranda baş verənlərin cənublu soydaşlarımızın üçün əhəmiyyətindən danışıb.
O bildirib ki, İrandakı rejiminin qaranlığı bitmək üzrədir:
“Hər şeyi həyacanla izləyirik. Hadisələr onu göstərir ki, molla rejiminin sonu
gəlir. İnanıram ki, İranda günəş doğacaq və bütün insanlar bu günəşin
doğulmasından faydalanacaq. Düzdür savaş heç yerə xoşbəxtlik gətirmir. Müharibə
fəlakətdir. Lakin bu müharibənin başlamasının səbəbkarı elə rejimin özü idi.
Özləri də o yaratdıqları qaranlığın içində batıb getdilər. Güman edirəm yeni
rejimin də öümrü uzun olmayacaq. İndiki vəziyyət rejimin son çırpıntılarıdır.
Yeni rəhbərin seçilməsi qurtuluş yolu deyil. Bu rejimin nə özünə, nə
qonşularına bir faydası yoxdur. Bütün ətraf ölkələrlə münasibətlər korlanıb. Onlar
artıq hər kəs üçün təhlükəyə çevriliblər”.
Araz Elsəs onu da qeyd edib ki, Azərbaycan milləti üçün yeni bir fürsət
yaranır. Lakin onlar hələ tələsməməlidir. Bombardımanın bitməsini gözləməlidirlər:
“Millətimiz yaranan fürsətdən istifadə edib küçələrə çıxmalıdır. Amma doğru
zamanı gözləmək lazımdır. Savaş bitdikdən sonra insanlarımız meydanlara çıxmalı
50-ildən çox zaman ərzində tapdalanan hüquqlarının bərpasını tələb etməlidirlər”.