Tehranda tələbələrin etiraz aksiyası

Tehranda tələbələrin etiraz aksiyası
15:00

Tehrandakı Şərif Texnologiya Universitetinin tələbələrinin yanvar hadisələrində həlak olanların xatirəsinə həsr olunmuş mitinqi etiraz aksiyasına çevrilib.

News365.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, Tehran və Məşhəd şəhərlərində bir neçə universitetdə də nümayişlər keçirilib. Qeyd olunur ki, Şərif Texnologiya Universitetində keçirilən aksiya “Bəsic” qüvvələrinin könüllü dəstələri ilə toqquşma ilə nəticələnib.


Sizin reklam burada
Sizin reklam burada