Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Yaxın Şərqdə gərginliyin artmasının qarşısının alınmasında mühüm rol oynayıb.
News365.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, vəziyyətin kəskinləşdiyi dövrdən etibarən MİT həm Qərb ölkələri, həm də İranla birbaşa əlaqə kanallarını qoruyub saxlayıb və bununla da münaqişə risklərinin azalmasına töhfə verib.
Qeyd olunur ki, ABŞ-İsrail bloku ilə Tehran arasında eyni vaxtda dialoq aparmaq imkanı Türkiyə kəşfiyyatına tərəflər arasında kommunikasiya körpüsü rolunu oynamağa şərait yaradıb. Bu isə qarşılıqlı anlaşılmazlıqların qarşısını alıb və gərginliyin azaldılmasına yönəlmiş mühüm mesajların ötürülməsini təmin edib.