Tanınmış vəkil yenidən Vəkillər Kollegiyasına üzv oldu
News365.az xəbər verir ki, tanınmış vəkil 13 mart tarixindən etibarən yenidən Vəkillər Kollegiyasının üzvü olub. Bu barədə o, şəxsi açıqlamasında bildirib.
Vəkil, Kollegiyanın Sədri hörmətli Anar Bağırova və VK Rəyasət Heyəti üzvlərinə göstərdikləri etimada və dəstəyə görə dərin minnətdarlığını ifadə edib. O, Vəkillər Kollegiyasının cəmiyyətdə artan nüfuzuna öz töhfələrini verməyə çalışacağını da vurğulayıb.
Qeyd edək ki, Fərhad Mehdiyev 8 il əvvəl kollegiyadan kənarlaşdırılıb.