Ukrayna lideri Vladimir Zelenski Rusiya ilə ABŞ arasında münasibətlərin inkişafına təsir edə bilməyəcək. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə tanınmış irlandiyalı jurnalist Çey Bouz X (keçmiş Twitter-red.) sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Narkofürer ümidsizcəsinə Rusiya ilə ABŞ arasında çaxnaşma yaratmağa çalışır. Onda heç nə alınmayacaq", - Bouz qeyd edib.
Bouzun sözlərinə görə, Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması prosesi gələcəkdə iki ölkə arasında əlaqələrin inkişafı üçün təməl olacaq və Zelenski hamı üçün yalnız “pis xatirə” olaraq qalacaq.
Xatırladaq ki, bir gün əvvəl Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkoff arasında görüş baş tutub.
Tural