Tanınmış aktyor dünyasını dəyişdi - FOTO

Tanınmış aktyor dünyasını dəyişdi - FOTO
06 Apr 2025 16:56

Türkiyəli sənətçi, aktyor, rejissor, tərcüməçi və yazıçı Ahmet Levendoğlu 80 yaşında vəfat edib. 

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə onun sənət dostu Yıldırım Şahinler məlumat yayıb.  Aktyorun ölüm səbəbi bəlli deyil. O, 8 aprel çərşənbə günü saat 11.00-də Atatürk Mədəniyyət Mərkəzi Teatr Salonunda keçiriləcək mərasimdən sonra Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq. 

  Təlimatçılıqdan aktyorluq və rejissorluğa, teatr rəhbərliyindən tərcüməçiliyə və jurnalistliyə qədər teatrın hər sahəsində fəaliyyət göstərən Levendoğlu Robert Kollecindən məzun olub. Robert Kollecdə oxuduğu illərdə səhnə tozu udmaq onu İngiltərənin Royal Academy of Dramatic Art məktəbinə təqaüd almış tələbə olaraq aparıb. Bu, eyni zamanda Türk hökumətinin xaricdə teatr təhsili alan bir tələbəyə verdiyi ilk təqaüd olub. 

Teatr karyerasına Londrada başlayan Levendoğlu İngiltərənin önəmli şəhər teatrlarından "Exeter"dəki "Northcott Theatre"da bir mövsüm aktyorluq edib.  Levendoğlu, Türkiyədə ilk dəfə "Gen-Ar" teatrında səhnəyə çıxıb. 1971-1976-cı illər arasında Ankara Dövlət Teatrında aktyor olaraq yer alıb.

Quruluş dövründə müdir müavini olduğu İstanbul Dövlət Teatrında 1978-1980-ci illərdə aktyor və rejissor olaraq çalışıb.  Zuhal Olcay və Haluk Bilginer ilə birlikdə "Tiyatro Stüdyosu" adlı xüsusi bir təşkilat qurub; bir çox səhnələr təqdim etməklə yanaşı, teatr təhsili də verib. 1995-1998-ci illər arasında Akademi İstanbulda təlimatçılıq edib.


Sizin reklam burada
Sizin reklam burada