Bir Azərbaycan brendi olan SOCAR Beynəlxalq
aləmdə nüfuzunu durmadan artırır və iqtisadi əlaqələrini hər ötən gün genişləndirir. Təsadüfi deyil ki,
SOCAR-ın bir sıra ölkələrdə nümayəndəlikləri və törəmə şirkətkləri yaradılıb. Və
həmin qurumlar uğurla fəaliyyət göstərərək Azərbaycan iqtisadiyatına böyük töhfə
verməklə yanaşı Beynəlxalq əlaqələrimizi də gücləndirir.
News365.az -ınTürkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov jurnalistlərə açıqlamasında deyib ki, SOCAR həm Türkiyədə uğurlu layihələr həyata keçirir, həm də Türkiyə üzərindən Avropaya Azərbaycanın karbohidrogen ehtiyatlarının ötürülməsində əsas rol oynayır:
“SOCAR-ın iştirakçısı olduğu uğurlu layihələrdən
biri də TANAP-dır. TANAP Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlik
Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Adriatik Boru Kəməri (TAP) ilə
birlikdə Cənub Qaz Dəhlizinin ən mühüm hissəsidir. TANAP Avropa və Türkiyənin təbii
qaz ehtiyatlarının müxtəlifliyinin artırılması ilə yanaşı Türkiyəni enerji
Herkese Açık & Kişisel Veri İçermez dəhlizinə çevirmək istiqamətində bugünə
qədər atılmış ən strateji addımlardan biridir. Ümumi tutumu 16 milyard kubmetr
olan kəmərin ilk sınaq qazı 2018-ci il yanvarın 23-də 1,339 kilometrlik “Faza 0”
hissəsində verilib. Kommersiya əməliyyatları isə 30 iyun 2018-ci il tarixində
başlayıb. 15 iyun 2019-cu il tarixində 455 kilometr uzunluğunda “Faza 1” hissəsi
tamamlanmış, 1.811 km boru kəməri sistemi Avropaya qaz tədarükü üçün hazır vəziyyətə
gətirilib. Beləcə, 31 dekabr 2020 tarixindən etibarən ilk kommersiya qazı
Avropaya çatdırılıb”.
Müsahibimiz onu da qeyd edib ki, layihə
ilə nəql edilən 16 milyard kubmetr təbii qazın 6 milyard m3 Eskişehir və
Trakyadakı iki nöqtədən milli şəbəkəyə qoşularaq Türkiyədə istifadə olunur, 10
milyard m3 təbii qaz isə TAP vasitəsilə Avropaya çatdırılır:
“TANAP-ın Türkiyə-Yunanıstan sərhədində
TAP ilə birləşməsindən sonra Azərbaycan qazı Albaniya və Adriatik dənizindən
keçərək İtaliyaya çatır. 16 milyard m3 olan xəttin ötürmə qabiliyyətinin əlavə
investisiyalarla 31 milyard m3 çatdırılması nəzərdə tutulub. TANAP regionun ən
uzun (1.811 km) və ən böyük diametrli (56”) təbii qaz kəməridir. TANAP quruda
2.760 metr hündürlükdən, dənizdə isə 67.5 metr dərinliyə qədər uzanan marşrut
üzərində tikilib. 31 dekabr 2024-cü il tarixinə TANAP ilə nəql edilən qazın
ümumi həcmi 73,54 milyard m3-dir”.
News365.az