“2016-cı ildə
Akagi Nyugyo şirkəti Yaponiyada məşhur Garigari-kun dondurmasının qiymətini 60
yen-dən 70 yen-ə qaldıraraq, 10 yen artırdı. Bu məbləğ 2016-cı ilin məzənnəsi
ilə təxminən 14 qəpik artım demək idi. Amma şirkət bu addımı səssiz etmədi. Rəhbər
heyət televiziyada reklam çarxı ilə birlikdə baş əyərək insanlardan üzr istədi.
Dedilər ki, istehsal xərclərinin artması onları bu qərara məcbur edib”.
News365.az xəbər verir ki, bunu iqtisadçı
Eldəniz Əmirov deyib. O bildirib ki, yaponlar istəsəydilər, dondurmanın tərkibindəki yüzlərlə
komponentdən birini bəhanə gətirə bilərdilər:
“Məsələn, bu
dondurmanın tərkibində şəkər, alma suyu, limon turşusu və digər inqridiyentlər
var. Rahatlıqla “bu inqrediyentin keyfiyyətini artırdıq” deyib, qiymət artımını
“yenilik” kimi təqdim edə bilərdilər. Amma bunu etmədilər.
Onlar həqiqəti
dedilər.
Bu müasir
dünyada sadəcə bir biznes-mədəniyyəti davranışı deyil, bu həm də insanlara və cəmiyyətə
hörmətin nümunəsidir.
Cəmiyyət də
onlara göstərilən bu görmətə qarşılıq verdi. Hazırda bu şirkətin istehsal həcmi
2016-cı ildən bəri davamlı olaraq artır və daha böyük oyunçuya çevrilir.
2024-cü ildə şirkətin satış gəliri 592 milyard yenə çatıb. Hətta ötən il şirkət
istehsal gücünü 1,5 dəfə artırmaq üçün yeni zavod tikintisi planlarını da rəsmi
şəkildə elan edib.
Deməli,
dayanıqlı və uğurlu fəaliyyətin əsasında şəffaf fəaliyyət, cəmiyyətə hörmət və
doğru kommunikasiya dayanır”.
News365.az