Sumqayıtda tekstil fabriki yanır

Sumqayıtda tekstil fabriki yanır
19 İyn 2025 12:22

Sumqayıtda tekstil müəssisəsində yanğın baş verib.

News365.az xəbər verir ki, hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan fabrikdə qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.

    İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının alışması göstərilir.

    Faktla bağlı araşdırma gedir.


    Sizin reklam burada
    Sizin reklam burada