Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, şəhərin Sülh prospektində "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.