Sumqayıt-Pirşağı-Bakı qatarı yolda qaldı

Sumqayıt-Pirşağı-Bakı qatarı yolda qaldı
20 Sen 2024 09:33

Bu gün səhər 07:15-də Sumqayıtdan Bakıya doğru hərəkət edən sürətli qatar İkinci Zabrat stansiyasında ləngiyib.

News365.az-ın əldə etdiyi məlumata görə sürətli qatarın ləngiməsinə səbəb ikinci vaqonun ikinci qapısının sıradan çıxması olub.

Bu səbəbdən qatar 25 dəqiqə gecikməli olub.Nəticədə qatar mənzil başına qrafikə uyğun olaraq 08:10-da deyil, 08:35-də çatıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada