Zaqatalada avtomobilin vurduğu piyada ölüb

Zaqatalada avtomobilin vurduğu piyada ölüb
13 Apr 2026 23:40

Bu gün saat 21 radələrində Zaqatala rayonu ərazisində Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada, 55 yaşlı İmdat İsmayılovu vurub.

News365.az xəbər verir ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Sizin reklam burada
Sizin reklam burada