Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1980-ci il təvəllüdlü Vüsalə Səməd qızı Bədəlova, 1972-ci il təvəllüdlü Rəfail Əvəz oğlu Bədəlov, 2002-ci il təvəllüdlü Həsən Rəfail oğlu Bədəlov, 1967-ci il təvəllüdlü Elşən Şəmsəddin oğlu Axundov və Cəbrayıl rayon sakini - 1959-cu il təvəllüdlü Füzuli Ramazan oğlu İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.