Sülh sazişindən sonra azərbaycanlılarla ticarətə başlayacağıq - Simonyan

Sülh sazişindən sonra azərbaycanlılarla ticarətə başlayacağıq - Simonyan
27 May 2025 16:37

Sülh sazişinin imzalanmasından dərhal sonra Ermənistan və Azərbaycan sakinləri bir-biri ilə ticarətə başlayacaqlar.

Mews365.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

O, xatırladıb ki, ermənilər hələ Qarabağda yaşayərkən azərbaycanlılarla alış-veriş ediblər, konyak satıb pul alıblar.

“Ticarət olmayacaq, divarlar çəkəcəyik, bir-birimizə salam verməyəcəyik kimi illüziyalarla yaşamağı dayandırın", - Simonyan deyib.

O, həmçinin vurğulayıb ki, cəmiyyət bu cür dəyişikliklərə hazır olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada