Stroqanovlar nəslinin sonuncu nümayəndəsi Yelena Andreevna Stroqanova (baronessa Helene de Lüdinqauzen) 83 yaşında vəfat edib.Bu barədə Rusiyanın Perm diyarının mədəniyyət naziri Alla Platonova Teleqram kanalında məlumat yayıb.
"Məşhur baronlar və qraf Stroqanovlar ailəsinin sonuncu nümayəndəsi Helen de Lüdinqhauzen-Stroqanova vəfat edib. Təəccüblüdür ki, Helen Stroqanova ilk dəfə Pasxa bayramında Rusiyaya səfər edib və o, həyatın ölüm üzərində qələbəsini simvolizə edən gündə bu dünyadan köçdü", - Platonova bildirib.
Onun sözlərinə görə, baronessa Stroqanov Sarayının bərpası və Rusiya muzeylərinə yardım üçün Beynəlxalq Fondu təsis edib və fonda ilk gəlir üçün Sankt-Peterburqa “Stroqanov turları” təşkil etmək ideyası verib.
Tural