Soydaşlarımız İrəvanda İranın dərsini verdi – VİDEO

Soydaşlarımız İrəvanda İranın dərsini verdi – VİDEO
18 Fev 2025 15:25

İran vətəndaşlarının Ermənistana getməsinə İran hakimiyyəti imkan yaradır və təşviq edir. 

News365.az xəbər verir ki, bu sözləri RTV-də yayımlanan "Media gündəliyi" verilişinin qonağı, araşdırmaçı jurnalist Sədrəddin Soltan deyib.

O qeyd edib ki, pandemiya dövründə İran Ermənistandan peyvəndlər alırdı. 

“Səhiyyəsinin regionda ən inkişaf etmiş səhiyyə olduğunu iddia edən Tehran hakimiyyətinin vətəndaşları peyvəndi Ermənistandan alırdı. Ermənistanın səhiyyəsi var? Məsələ Ermənistanın mövqeyini qabartmaq idi. Halbuki o dövrdə Azərbaycan bir çox ölkələrə peyvənd verirdi. 

İkinci bir tərəfdən, İran bayramların Ermənistanda keçirilməsini təşviq edir. Bu yaxınlarda Güney Azərbaycandan olan soydaşlarımız İrəvanın mərkəzində “Qarabağ” mahnısını oxumaqla İranın dərsini verdi”, - deyə o bildirib.

Daha ətraflı videomüsahibədən baxa bilərsiniz.



Sizin reklam burada
Sizin reklam burada